Qadınlar arasında Çempionlar Liqasının dörddəbir finalının “Barselona” və “Real Madrid” arasında keçirilən ikinci oyunu 60.067 tamaşaçı izləyib. Bu, o deməkdir ki, “blauqrana”nın qadınlardan ibarət komandasının oyununa kişilərdən ibarət komandanın istənilən oyunundan daha çox insan qatılıb.
İdman.Biz-in xəbərinə görə, bu barədə “Barca Universal”ın X sosial media platformasındakı hesabında deyilir.
Matç “Spotify Camp Nou” stadionunda baş tutub.
Oyun Kataloniya komandasının 6:0 hesablı qələbəsi ilə başa çatıb. Qeyd etmək lazımdır ki, 2Barselona” ilk oyunda “Real Madrid”i 6:2 hesabı ilə məğlub etmişdi. Bu o deməkdir ki, Kataloniya komandası ümumi hesabda 12:2 hesabı ilə qalib gəlib və indi yarımfinalda “Bavariya”nın qadınlardan ibarət komandası ilə oynayacaq.
