Azərbaycan nümayəndə heyəti Beynəlxalq Xizək Konqresində iştirak edib

12 İyun 2026 20:47
85
Azərbaycan nümayəndə heyəti Beynəlxalq Xizək Konqresində iştirak edib

Serbiyanın paytaxtdı Belqrad şəhərində Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) ali qərarverici platforması olan Beynəlxalq Xizək Konqresinin 57-ci iclası keçirilib.

İki ildən bir təşkil olunan iclasda 80-ə yaxın ölkədən 300 -dən artıq nümayəndə iştirak edib.

Konqresdə ölkəmizi Azərbaycan Qış İdman Növləri Federasiyasını prezidenti Fuad Nağıyev, vitse-prezidenti Florian Sengstschmid və Baş katibi Günel Badalova təmsil ediblər.

Konqres çərçivəsində Aleksandr Oşpelt Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) prezidenti vəzifəsinə seçilib. Həmçinin FIS Şurasının 18 nəfərlik tərkibi formalaşdırılıb.

Konqres çərçivəsində təşkilatın gələcək fəaliyyət istiqamətləri, strateji prioritetləri, o cümlədən qış idman növlərinin inkişafı ilə bağlı mühüm məsələlər müzakirə olunub.

Xatırladaq ki, ötən il Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi arasında qış turizmi və qış idman növlərinin inkişafı, eləcə də Azərbaycanın qış idman növləri üzrə nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etməsi məqsədilə 5 illik müddətə tərəfdaşlıq müqaviləsi imzalanıb.

Müqavilə çərçivəsində qış turizmi infrastrukturunun təkmilləşdirilməsi, Azərbaycanın xarici turistlər üçün cəlbedici qış turizm destinasiyasına çevrilməsi və “Şahdağ” Turizm Mərkəzində beynəlxalq xizək yarışlarının təşkili üzrə birgə əməkdaşlıq nəzərdə tutulur.

İdman.Biz