Yevgeni Plyuşenko Azərbaycandakı təlim-məşq toplanışını başa vurub - FOTO

27 İyul 2026 16:12
101
Yevgeni Plyuşenko Azərbaycandakı təlim-məşq toplanışını başa vurub - FOTO

Fiqurlu konkisürmə üzrə məşqçi, ikiqat olimpiya çempionu Yevgeni Plyuşenko akademiyasının Azərbaycanda keçirdiyi təlim-məşq toplanışının başa çatdığını açıqlayıb.

İdman.Biz xəbər verir ki, məşhur mütəxəssis bununla bağlı “Telegram” kanalında paylaşım edərək ölkəmizdəki hazırlıq prosesini yekunlaşdırdı.

“Plyuşenkonun Mələkləri” akademiyasının idmançılarının Azərbaycandakı toplanışı başa çatdı. İndi isə Moskvaya yollanırıq. İşləmək, işləmək və yenə də işləmək!” - deyə Plyuşenko paylaşımında qeyd edib.

Paylaşılan fotoda məşqçi ilə yanaşı oğlu Aleksandr Plyuşenko, Yelena Kostılyova, Veronika Jilina, Alyona Kostornaya və onun həyat yoldaşı Georgi Kunitsa yer alıblar.

Qeyd edək ki, Veronika Jilina da Aleksandr Plyuşenko kimi Azərbaycanın idman vətəndaşlığını qəbul edib. Hər iki fiqurlu konkisürən yeni mövsümdən etibarən beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcək.

İdman.Biz