Üçqat dünya çempionları bir mövsümlük fasilə qərarı verdilər

12 İyun 2026 16:40
96
Üçqat dünya çempionları bir mövsümlük fasilə qərarı verdilər

Buz üzərində rəqs üzrə ABŞ təmsilçiləri Medison Çok və Evan Beyts 2026/27 mövsümünü buraxacaqlar.

İdman.Biz “NBC Olympics”ə istinadən xəbər verir ki, üçqat dünya çempionları yarışlara bir mövsümlük fasilə vermək qərarına gəliblər.

Amerikalı cütlük fevralda İtaliyada keçirilən Qış Olimpiya Oyunlarında komanda yarışının qalibi olub. Çok və Beyts buz üzərində rəqs yarışında isə gümüş medal qazanıblar.

Onlar Olimpiadadan sonra Çexiyanın paytaxtı Praqada təşkil olunan dünya çempionatında iştirak etməyiblər.

İdmançıların qərarı karyeralarını başa vurduqları anlamına gəlmir. Cütlük hələlik yalnız 2026/27 mövsümündə yarışlara qatılmayacağını açıqlayıb.

İdman.Biz