Özbəkistan millisinin baş məşqçisi və Olimpiya çempionu Bakıdakı hazırlığı dəyərləndirib - FOTO

Xəbərlər
12 Yanvar 2024 18:25
118
Özbəkistan millisinin baş məşqçisi və Olimpiya çempionu Bakıdakı hazırlığı dəyərləndirib - FOTO

“Azərbaycan qardaş ölkədir. Bu səbəbdən də hazırlıq üçün Bakını seçmişik”.

İdman.biz xəbər verir ki, bunu Bakıda təlim-məşq toplanışında olan ağırlıqqaldırma üzrə Özbəkistan millisinin baş məşqçisi Baxram Mendibayer jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, onlara yaradılan şəraitdən razıdır: “Azərbaycan ağırlıqqaldıranları yüksək nəticələr qazanıb. Birgə hazırlıq komandamızın xeyrinə olacaq. Məqsəd ilin əsas yarışı sayılan Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlaşmaqdır. Amma bundan öncə iki lisenziya xarakterli turnirdə iştirak edəcəyik. Məşq zalı bütün tələblərə cavab verir, lazımi inventarla təmin olunub. Burada hər şey ürəyimizcədir”.

Rio-2016 Yay Olimpiya Oyunlarının qalibi Ruslan Nurudinov isə Azərbaycana ilk gəlişini yüksək qiymətləndirib: "Bakıya ilk dəfədir gəlirik. 2 gündür burda olsaq da, hər şeyin yaxşı olduğunu deyə bilərəm. Ümid edirəm ki, bu, Azərbaycanda son hazırlıqlarımız deyil. Biz burada Asiya çempionatı öncəsi məşqlər edirik və bizim üçün uğurlu olacağına inanıram".

Qeyd edək ki, Özbəkistan millisi Bakıda 14 ağırlıqqaldıranla hazırlıq keçir.

Emin Ağa
İdman.biz