Dəniz Cabbarlı və Elşən Məmmədov Azərbaycan Kubokunun qalibi olub

Xəbərlər
17 Dekabr 2023 10:03
124
Dəniz Cabbarlı və Elşən Məmmədov Azərbaycan Kubokunun qalibi olub

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzinin yarış zalında keçirilən ağırlıqqaldırma üzrə Azərbaycan Kuboku davam edir.

İdman.biz xəbər verir ki, kişi idmançılardan körpücük üzərinə ilk olaraq çəkisi 55 kq və 61 kq olan atletlər çıxıblar.

Bu çəkilərdə müvafiq olaraq Dəniz Cabbarlı və Elşən Məmmədov rəqiblərinin üstələyərək fəxri kürsünün ən üst pilləsinə qalxıblar.

Qeyd edək ki, bir gün öncə start götürən yarış bu gün başa çatacaq.

İdman.biz