Azərbaycan millisi Avropa Liqasında İsveçə də uduzdu - YENİLƏNİB

7 İyun 2026 19:51
824
Azərbaycan millisi Avropa Liqasında İsveçə də uduzdu - YENİLƏNİB

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasında növbəti oyununu keçirib.

İdman.Biz xəbər verir ki, Boris Qrebennikovun baş məşqçisi olduğu komanda İsveç yığması ilə qarşılaşıb.

İsveçin Lund şəhərində təşkil olunan matç rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahibləri setləri 25:14, 25:17 və 25:20 hesabı ilə xeyirlərinə başa vurublar.

Bu, Azərbaycan millisinin turnirdə ardıcıl ikinci məğlubiyyəti olub. Yığmamız ilk görüşdə Yunanıstan seçməsinə də 0:3 hesabı ilə uduzub.

Qeyd edək ki, Yunanıstanla matç da Lund şəhərində baş tutub. Həmin qarşılaşmada setlər 20:25, 22:25 və 7:25 hesabı ilə yekunlaşıb

10:45

Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa Liqasında növbəti matçına çıxacaq.

İdman.Biz xəbər verir ki, Boris Qrebennikovun baş məşqçisi olduğu kollektiv İsveç yığması ilə üz-üzə gələcək. Qarşılaşma İsveçin Lund şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Azərbaycan millisi turnirdə ilk görüşünü Yunanıstana qarşı keçirib. Yığmamız həmin qarşılaşmada rəqibinə 0:3 hesabı ilə uduzub.

İsveçlə oyun millimiz üçün Avropa Liqasında ilk qələbə baxımından önəm daşıyır. Komanda səfər matçında uğursuz startın təsirini aradan qaldırmağa çalışacaq. Qeyd edək ki, Azərbaycan seçməsi ilk görüşdə Yunanıstana 0:3 hesabı ilə uduzub.

İdman.Biz