Millimiz ikinci oyunda da set qazanmadan məğlub olub

Xəbərlər
6 Dekabr 2023 17:00
118
Millimiz ikinci oyunda da set qazanmadan məğlub olub

18 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında ikinci oyununu keçirib.

İdman.biz xəbər verir ki, Cəlil Baxtiozinin baş məşqçisi olduğu komanda Ukrayna ilə qarşılaşıb.

Yığmamız yenə 0:3 hesabı ilə uduzub.

EEVZA çempionatı
II tur
22 noyabr
Ukrayna - Azərbaycan - 0:3 (7:25, 17:25, 18:25)

Qeyd edək ki, bu, komandamızın ardıcıl 2-ci məğlubiyyəti olub. Yığma daha öncə Polşaya da “quru hesabla” uduzub. Voleybolçularımız növbəti görüşünü noyabrın 7-də Latviyaya qarşı keçirəcək.

İdman.biz