Rostislav Pevtsov: "Bədəni və zehni bir araya gətirməyin vaxtı çatıb"

Xəbərlər
14 Noyabr 2023 17:00
Rostislav Pevtsov: "Bədəni və zehni bir araya gətirməyin vaxtı çatıb"

Azərbaycan millisinin triatlonçusu Rostislav Pevtsov Çilinin Vina Del Mar şəhərində keçirilən Dünya kubokunda 7-ci yeri tutub.

İdman.biz xəbər verir ki, bununla da idmançımız üçüncü Olimpiadada iştirak üçün aktivinə növbəti lisenziya xallarını əlavə edib.

Pevtsov qazandığı uğurla bağlı sosial şəbəkədə paylaşım edib: “Dünya çempionatı başa çatıb. Mövsümlərarası fasilə başlayıb. Bədənimizi və zehnimizi bir araya gətirməyin vaxtı çatıb. Bu il mənə yaxşı nəticələr göstərmək imkanı verən hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, Rostislav mövsüm ərzində Tanjerdə keçirilən Afrika açıq kubokunun qalibi olub və Çenqduda keçirilən Dünya kubokunda bürünc medal qazanıb. O, həmçinin Avropa Oyunlarında 6-cı, Tisayvaroşda keçirilən Dünya Kubokunda ilk beşliyə daxil olub.

Zəki Feyzullayev

İdman.biz