Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Triatlon Federasiyası məlumat yayıb.
O, Macarıstanın Tisauyvaroş şəhərində keçirilmiş yarışda iştirak edib.

B.Kərimov turnirdə hakim kimi fəaliyyət göstərməklə Azərbaycan triatlonu tarixində ilkə imza atıb.
