Triatlonçularımız Misirdə yarışacaqlar

7 Oktyabr 2026 11:59
81
Triatlonçularımız Misirdə yarışacaqlar

Azərbaycan triatlonçuları Misirdə keçiriləcək beynəlxalq yarışlarda iştirak edəcəklər.

İdman.Biz xəbər verir ki, oktyabrın 9-dan 11-dək Misirin Hurqada şəhərində triatlon üzrə Gənclərin Afrika Kuboku və akvatlon üzrə Afrika çempionatı keçiriləcək.

Yarışlarda Azərbaycanı Əli Rzazadə və Tural Atakişiyev təmsil edəcəklər.

İdman.Biz