Azərbaycanın triatlon üzrə milli komandasının üzvü Əli Rzazadə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanıb.
İdman.Biz xəbər verir ki, təmsilçimiz Hudayriyat adasında təşkil olunan World Triathlon Multisport Championships yarışının akvatlon növündə gənclər arasında üçüncü yeri tutub.
Noyabrın 20-də keçirilən yarışda idmançılar əvvəlcə 2,5 km qaçış, daha sonra 1 km üzgüçülük və sonda yenidən 2,5 km qaçış məsafəsini qət ediblər.
Əli Rzazadə bu üç mərhələnin yekununda bürünc medala sahib olaraq dünya çempionatını mükafatçılar sırasında başa vurub.
