Leyla Abduləzizova "IRONMAN 70.3 Baku"da qalib gələn üç azərbaycanlı triatlonçudan biridir. İdmançı 18-24 yaş kateqoriyasında ən yaxşı olub və Dünya Çempionatına lisenziya qazanıb.
Abduləzizova İdman.Biz-ə açıqlamasında yarışla bağlı fikirlərini bölüşüb.
"Azərbaycanda IRONMAN yarışlarının keçirilməsinə şadam və sevinirəm ki, qalib gəlib Dünya Çempionatına lisenziya qazandım. Bütün çempionları təbrik edirəm. Mənim üçün ən çətin mərhələ qaçış oldu. Birinci olacağımı gözləmirdim, lakin belə bir nəticədən xoşbəxtəm", - deyə Leyla Abduləzizova bildirib.
İdmançı Dünya Çempionatına böyük ümidlər bəslədiyini deyib.
