Braziliyalı triatlonçu Mara Flaviya Araujo ABŞ-nin Texas ştatında keçirilən “Ironman” yarışında üzgüçülük mərhələsi zamanı həyatını itirib.
İdman.Biz xəbər verir ki, faciə Vudlends gölündə baş verib.
Təşkilatçılar Araujonun yoxa çıxmasını səhər saatlarında biliblər. İdmançının meyiti təxminən 3 metr dərinlikdən tapılıb.
Qeyd edək ki, 38 yaşlı idmançı triatlonla 2019-cu ildən məşğul olmağa başlayıb. O, 2022-ci ildə “Triatlo Brasilia” yarışında üçüncü yeri tutub, iki dəfə “GP Brasil”in qalibi olub və iki dəfə “Ironman 70.3” dünya çempionatına vəsiqə qazanıb.
