“Kürü keçək?!” açıq suda üzmə yarışı keçiriləcək

8 İyul 2026 14:06
72
“Kürü keçək?!” açıq suda üzmə yarışı keçiriləcək

Avqustun 8-də Gənclər və İdman Nazirliyi, Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə açıq suda ənənəvi kütləvi üzmə yarışı keçiriləcək.

İdman.Biz xəbər verir ki, “Kürü keçək?!” yarışı Mingəçevir şəhərində, Kür çayının iki sahili arasında baş tutacaq.

Sayca beçinci dəfə təşkil ediləcək yarışda ölkənin bütün şəhər və rayonlarından üzmə bacarığına malik, 12 yaşdan yuxarı şəxslər iştirak edə bilərlər. Yarışlar 12-17, 18-23, 24-35, 36-55, 56-70 və 70+ yaş kateqoriyaları üzrə keçiriləcək.

Qeyd edək ki, yarışda iştirak ödənişsizdir.

İdman.Biz