ABŞ-li üzgüçü Qretxen Uolş İtaliyanın paytaxtı Romada keçirilən “Sette Colli” beynəlxalq turnirində dünya rekorduna imza atıb.
İdman.Biz xəbər verir ki, 23 yaşlı idmançı 50 metr məsafəyə sərbəst üsulla üzmədə 23,55 saniyə nəticə göstərib. Bu göstərici yeni dünya rekordu olub.
Əvvəlki rekord da ABŞ-li üzgüçü Keyt Duqlasa məxsus idi. O, 19 iyunda İndianapolisdə bu məsafəni 23,59 saniyəyə qət edib. Beləliklə, Duqlasın rekordu cəmi doqquz gün qüvvədə qalıb.
Uolş Romadakı çıxışı ilə əvvəlki nəticəni 0,04 saniyə yaxşılaşdırıb. Yarışda isveçli Sara Şöström 23,86 saniyə ilə ikinci, italiyalı Sara Kurtis isə 24,09 saniyə ilə üçüncü olub.
Qeyd edək ki, Qretxen Uolş ikiqat Olimpiya çempionu və dördqat dünya çempionudur.
