Bakıda Avropa Su İdmanı Federasiyasının konfransı keçiriləcək

19 İyun 2026 11:57
121
Bakıda Avropa Su İdmanı Federasiyasının konfransı keçiriləcək

Gənclər və İdman Nazirliyi və Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) birgə təşkilatçılığı ilə Bakıda “European Aquatics” (Avropa Su İdmanı Federasiyası) konfransı keçiriləcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Üzgüçülük Federasiyası məlumat yayıb.

Qitənin müxtəlif ölkələrindən olan federasiya rəhbərləri 2026-cı ilin “Dünya İdman Paytaxtı” olan Bakıda bir araya gələcək, su idman növlərinin inkişafı ətrafında fikir mübadiləsi aparacaq, layihələri müzakirə edəcəklər.

Qeyd edək ki, bu il oktyabrın 10-da təşkil olunacaq tədbir Azərbaycan üçün həm beynəlxalq idman əməkdaşlığının gücləndirilməsi, həm də ölkənin üzgüçülük və digər su idman növləri sahəsində nüfuzunun artması baxımından böyük əhəmiyyət kəsb edir.

İdman.Biz