İyunun 5-də Bakı Su İdmanı Sarayında Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinə yekun vurulub.
İdman.Biz bildirir ki, iki gün davam edən final mərhələsində Azərbaycan və Türkiyədən olan üzgüçülər müxtəlif yaş kateqoriyalarında mübarizə aparıblar.
Yarışda ölkəmizi seçmə mərhələdə fərqlənmiş Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Goranboy, Balakən və İsmayıllı üzgüçüləri təmsil ediblər.
Yarışların ilk günündə 10-11, 12-13, 14-15, 46-50, 51-55, 56-60 və 61 yaşdan yuxarı, ikinci günündə isə 16-17, 18-20, 21-25, 26-30, 31-35, 36-40 və 41-45 yaş kateqoriyaları üzrə qaliblər müəyyənləşib. Yarışların yekununda qaliblər təltif olunublar.
