Gürcüstanın Kutaisi şəhərində keçirilən Beynəlxalq Üzgüçülük Çempionatında üzgüçülük üzrə Azərbaycan milli komandası 3 qızıl, 1 gümüş (estafet) və 3 bürünc (1 fərdi, 2 estafet) medal qazanıblar.
İdman.Biz bildirir ki, yarış 16-19 iyul tarixlərində Kutaisi şəhərində keçirilir.
Üzgüçülərimizin nəticələri:
Qızıl medallar:
Qızlar arasında 50 metr kəpənək üsulu – Mehri Əbdürəhmanlı
Nəticə: 29.67
Qızlar arasında 100 metr sərbəst üsul – Məryəm Cavadova
Nəticə: 59.55
Oğlanlar arasında 200 metr bras üsulu – Yeqor Maynitski
Nəticə: 2.17.30
Gümüş medallar:
Qızlar arasında 4×100 estafet sərbəst üsul – 4.14.20
Anastasiya Boborıkina
Nəticə: 1.07.70
Məryəm Cavadova
Nəticə: 1.00.18
Mehri Əbdürəhmanlı
Nəticə: 1.03.47
Vlastilina Xasyanova
Nəticə: 1.02.85
Bürünc medallar:
Oğlanlar arasında 50 metr kəpənək üsulu – Abdurrəhman Rüstəmov
Nəticə: 25.14
Oğlanlar arasında 4×100 estafet sərbəst üsul – 3.33.93
Abdurrəhman Rüstəmov
Nəticə: 52.71
Ramil Vəlizadə
Nəticə: 53.21
Oqtay Hüseynov
Nəticə: 53.69
Səid Həmidov
Nəticə: 54.02
Oğlanlar arasında 800 metr sərbəst üsul – Amin Oruclu
Nəticə: 8.45.71
Milli komandamız turnirdə 11 idmançıyla təmsil olunub: Abdurrəhman Rüstəmov (20 yaş), Amin Oruclu (14 yaş), Anastasiya Boborıkina (16 yaş), Mehri Əbdürəhmanlı (15 yaş), Məryəm Cavadova (14 yaş), Oqtay Hüseynov (16 yaş), Ramal Sadıqlı (15 yaş), Ramil Vəlizadə (22 yaş), Səid Həmidov (19 yaş), Vlastilina Xasyanova (16 yaş), Yeqor Maynitski (16 yaş). Baş məşqçi – Luka Qabrilo, məşqçilər – Teymur Quliyev, Rəşad Alquliyev.
