İdmançımız Bolqarıstanda gümüş medal qazanıb - FOTO

16 İyul 2026 13:54
124
İdmançımız Bolqarıstanda gümüş medal qazanıb - FOTO

Bolqarıstanda keçirilən “Sofia Diving Cup” beynəlxalq turnirində suya tullanma üzrə yeniyetmələrdən ibarət yığmanın üzvü Mehri Ağayeva uğurlu çıxış edib.

İdman.Biz xəbər verir ki, Azərbaycan millisinin üzvü qızlar arasında E qrupu üzrə bir metr tramplindən tullanma növündə mübarizə aparıb.

O, 115,20 xal toplayaraq yarışı ikinci pillədə başa vurub və gümüş medal qazanıb.

İdman.Biz