Üzgüçülərimiz Avropa Çempionatında şəxsi nəticələrini yeniləyiblər

10 İyul 2026 21:39
74
Üzgüçülərimiz Avropa Çempionatında şəxsi nəticələrini yeniləyiblər

Almaniyada keçirilən 18 yaşadək üzgüçülər arasında Avropa Çempionatında gənc idmançılarımız şəxsi nəticələrini yeniləməyə davam edirlər.

İdman.Biz bildirir ki, yarış 7-12 iyul tarixlərində Münhen şəhərində keçirilir.

Günün rekordları:

Qızlar arasında 100 metr sərbəst üsul – Məryəm Cavadova
Avropa Çempionatındakı nəticəsi: 59.18
Öncəki ən yaxşı nəticəsi: 1.00.31

Oğlanlar arasında 400 metr qarışıq üsul – Yeqor Maynitski
⁠Avropa Çempionatındakı nəticəsi: 4.34.48
Öncəki ən yaxşı nəticəsi: 4.43.61

Qızlar arasında 800 metr qarışıq üsul – Anastasiya Qnusina
⁠Avropa Çempionatındakı nəticəsi: 9.27.88
Öncəki ən yaxşı nəticəsi: 9.31.88

Oğlanlar arasında 800 metr qarışıq üsul – Fərhad Şirməmmədli
⁠Avropa Çempionatındakı nəticəsi: 8.30.21
Öncəki ən yaxşı nəticəsi: 8.36.04

Milli komandamız turnirdə 7 idmançıyla təmsil olunur: Anastasiya Qnusina (14 yaş), Fərhad Şirməmmədli (15 yaş), Mehri Əbdürəhmanlı (15 yaş), Məryəm Cavadova (14 yaş), Oqtay Hüseynov (16 yaş), Süleyman İsmayılzadə (17 yaş), Yeqor Maynitski (16 yaş). Baş məşqçi – Luka Qabrilo, məşqçilər – Rəşad Əliyev, Ruslan Hətəmxanov.

İdman.Biz