Üzgüçülük üzrə Azərbaycan milli komandası Gürcüstanın Kutaisi şəhərində keçirilən Beynəlxalq Üzgüçülük Çempionatında 33 medal qazanıb.
İdman.Biz xəbər verir ki, komandamız yarışın son iki günündə səkkiz qızıl, 10 gümüş və səkkiz bürünc mükafata sahib olub.
Gümüş medallardan yeddisi fərdi, üçü isə estafet yarışlarında əldə edilib. Beləliklə, üzgüçülərimiz çempionatı ümumilikdə 33 medalla tamamlayıblar.
16-19 iyul tarixlərində təşkil olunan yarışda Azərbaycanı 11 idmançı təmsil edib. Milli komandanın heyətində Abdurrəhman Rüstəmov, Amin Oruclu, Anastasiya Boborıkina, Mehri Əbdürəhmanlı, Məryəm Cavadova, Oqtay Hüseynov, Ramal Sadıqlı, Ramil Vəlizadə, Səid Həmidov, Vlastilina Xasyanova və Yeqor Maynitski yer alıblar.
Komandaya baş məşqçi Luka Qabrilo rəhbərlik edib. Məşqçilər korpusunda Teymur Quliyev və Rəşad Alquliyev də yer alıblar.
