Azərbaycan milli komandasının üzvü Fatimə Alkərəmova Minsk şəhərində baş tutmuş Belarus Açıq Üzgüçülük Kubokunda 3-cü yeri tutub.
İdmançımız qarışıq üsul ilə 400 metr məsafəni 5:11.93 vaxta qət edərək bürünc medal qazanıb.
Bras üsulu ilə 100 metr məsafədə isə Fatimə öz nəticəsini yaxşılaşdırmağa nail olub.
Cari yarşdakı nəticəsi: 1:17.41
Öncəki ən yaxşı nəticəsi: 1:17.50
Qeyd edək ki, turnir 14-18 iyul tarixlərində keçirilib. Ölkəmizi Fatimə Alkərəmova təmsil edib. Məşqçi Yana Xasyanovadır.
