Bu gün Sumqayıtda paraüzgüçülük üzrə ilk ölkə çempionatına start verilir.
İdman.Biz xəbər verir ki, yarış Sumqayıt Paralimpiya İdman Kompleksində təşkil olunur.
Azərbaycan Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə keçiriləcək çempionat saat 11:00-da başlayıb.
Tədbirin açılışında çıxış edən Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat katibi Fərid Qarazadə iştirakçıları salamlayıb, ölkədə paraidmanın inkişafı istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. O, paraüzgüçülük üzrə ilk ölkə çempionatının iştirakçılarına uğurlar arzulayaraq, yarışı açıq elan edib.
Qeyd edək ki, yarış ölkədə paraüzgüçülüyün inkişafı, bu idman növünə marağın artırılması və idmançıların yarış təcrübəsinin zənginləşdirilməsi baxımından əhəmiyyət daşıyır.
Foto: İslam Atakişiyev
