Azərbaycan Üzgüçülük Federasiyasında yeniyetmə idmançılarla görüş keçirilib - FOTO

31 İyul 2026 10:08
111
Azərbaycan Üzgüçülük Federasiyasında yeniyetmə idmançılarla görüş keçirilib - FOTO

Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Jalə Əhmədova suya tullanma üzrə yeniyetmələrdən ibarət milli komandanın üzvləri ilə görüş keçirib.

İdman.Biz xəbər verir ki, görüş zamanı komandanın Türkiyədə keçdiyi təlim-məşq toplanışı, Bolqarıstanda təşkil olunan “Sofia Diving Cup” turnirində əldə edilən nəticələr, eləcə də görülən işlər və qarşıdakı planlar müzakirə olunub.

Tədbirdə Azərbaycan Su İdman Növləri Federasiyasının baş katibi Oqtay Atayev, suya tullanma üzrə yeniyetmələrdən ibarət milli komandanın baş məşqçisi Anton Melnikov, məşqçi Angelina Melnikova və idmançıların valideynləri də iştirak edərək fikir mübadiləsi aparıblar.

İdman.Biz