Yeni hədəflər: Paraüzgüçülük üzrə milli komanda üçün yeni qapı - FOTO

18 İyun 2026 12:17
101
Yeni hədəflər: Paraüzgüçülük üzrə milli komanda üçün yeni qapı

Milli Paralimpiya Komitəsinin vitse-prezidenti İlham Zəkiyev və baş katibi Toğrul Rəhimov bu gün Sumqayıtda keçirilən paraüzgüçülük üzrə ilk Azərbaycan çempionatının əhəmiyyətindən danışıblar.

İdman.Biz xəbər verir ki, Sumqayıt Paralimpiya İdman Kompleksində təşkil olunan yarışın açılış mərasimində çıxış edən İlham Zəkiyev bildirib ki, ilk dəfə keçirilən paraüzgüçülük üzrə ölkə çempionatı istedadlı idmançıların üzə çıxması üçün böyük önəm daşıyır.

Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov isə yarış iştirakçılarını salamlayaraq, belə bir çempionatın ilk dəfə keçirilməsindən qürur duyduğunu vurğulayıb:

“İlk dəfə təşkil olunan paraüzgüçülük üzrə ölkə çempionatı milli komandanın potensial üzvlərinin müəyyənləşdirilməsi, yeni istedadların üzə çıxarılması və bu idman növü üzrə ehtiyat idmançı bazasının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır”.

İdman.Biz