Gənclər və İdman Nazirliyi və Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında üzgüçülük yarışı keçirilib.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qadınlar arasında 50 metr məsafəyə üzgüçülük yarışında SOCAR-ın əməkdaşı Lilya Xamətova birinci yerə layiq görülüb. Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndələri Leyla Əliyeva ikinci, Afaq Sultanova isə üçüncü yeri tutublar.
Kişilər arasında keçirilən 50 metr məsafəyə üzgüçülük yarışında Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Emil İbrahimov, Toğrul Sadıqov və Məhəmməd Həbibzadə fərqləniblər.
Qadınlar arasında estafet yarışının qalibi FHN olub. İkinci yeri SOCAR, üçüncü yeri DİN tutublar. Estafet yarışlarında kişilər arasında birinci yerə DİN, ikinci yerə FHN, üçüncü yerə SOCAR layiq görülüblər. Qarışıq estafet yarışında birinci yeri FHN, ikinci yeri SOCAR, üçüncü yeri isə DİN təmsilçiləri qazanıblar.
12:27
Bakıda dövlət qurumlarının əməkdaşları arasında üzgüçülük yarışı keçirilir.
İdman.Biz xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə təşkil olunub.
Turnirdə beş dövlət qurumunu təmsil edən kişi və qadınlardan ibarət 37 idmançı mübarizə aparır.
Qeyd edək ki, yarış Bakı Su İdmanı Sarayında keçirilir.
