İdman.biz Azərbaycan idmançılarının iştirak edəcəyi beynəlxalq yarışlar üzrə həftənin idman afişasını (28 avqust – 3 sentyabr) təqdim edir:
- Fiqurlu konkisürmə üzrə yeniyetmələr arasında Qran-Pri yarışları - 30 avqust - 2 sentyabr (Avstriya, Litz);
- Sahil avarçəkməsi üzrə Avropa çempionatı - 31 avqust - 3 sentyabr (Fransa);
- Kişi və qadın idman gimnastikası üzrə "Challenge" seriyasina aid dünya kuboku - 1-3 sentyabr (Türkiyə, Mərsin);
- Ağır atletika üzrə dünya çempionatı - 1-18 sentyabr (Səudiyyə Ərəbistan Krallığı, Ər-Riyad);
- Atletika üzrə U-18 Balkan Çempionatı - 2 sentyabr (Türkiyə, Sivas);
- Akademik avarçəkməsi üzrə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı - 3-10 sentyabr (Belqrad, Serbiya).
İdman.biz