Məhəmməd Muradlı “UzChess Cup”da vaxtından əvvəl qalib oldu

14 İyun 2026 21:39
111
Məhəmməd Muradlı “UzChess Cup”da vaxtından əvvəl qalib oldu

Özbəkistanda keçirilən ənənəvi “UzChess Cup” beynəlxalq şahmat turniri sona yaxınlaşır.

İdman.Biz xəbər verir ki, yarışın “Challenge” bölməsində qalib son turdan əvvəl müəyyənləşib. Azərbaycan çempionu Məhəmməd Muradlı yeddi turda maksimum nəticə göstərərək yeddi xal toplayıb və birinci pilləni təmin edib.

Şahmatçımız sabah keçiriləcək son turda Özbəkistan təmsilçisi Jakhongir Vakhidovla qarşılaşacaq.

Görüşün nəticəsindən asılı olmayaraq, Məhəmməd Muradlı turniri lider kimi başa vuracaq.

İdman.Biz