Peşəkar Çövkən Liqasını canlı izləmək ödənişsiz olacaq

Xəbərlər
21 May 2024 15:39
151
Peşəkar Çövkən Liqasını canlı izləmək ödənişsiz olacaq

“10 komandanın iştirakı ilə Peşəkar Çövkən Liqasına start verdik”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Respublikasının Atçılıq Federasiyasının vitse-prezidenti Bəhruz Nəbiyev deyib.

O bildirib ki, bu idman növü bir çox məqamlara görə mühüm əhəmiyyət kəsib edir: “Milli cinsin inkişafı, eyni zamanda qədim atüstü oyunlarımızın inkişafı naminə görülən addımlardır. “Prezident kuboku” yarışlarımız il ərzində keçirildi. İndi isə məqsədimiz il ərzində mütəmadi çempionatının təşkili idi ki, bu da Peşəkar Çövkən Liqası sayəsində baş tutacaq. Bu liqa növbəti illərdə 10 deyil, daha çox komanda ilə davam edəcək”.

Nəbiyevin sözlərinə görə, oyunlara giriş pulsuz olacaq: “Azarkeşlər sərbəst şəkildə gəlib yarışa baxa bilərlər. Bunun üçün bir çox şərait yaradılacaq”.

Qeyd edək ki, Peşəkar Çövkən Liqası dekabrın 3-4-də başa çatacaq.

Banuçiçək Hüseynli
İdman.biz