Atıcılıq üzrə Bakı çempionatının qalibləri müəyyənləşib - FOTO

6 Sentyabr 2026 13:54
29
Atıcılıq üzrə Bakı çempionatının qalibləri müəyyənləşib - FOTO

Bakı Atıcılıq Mərkəzində stend atıcılığı üzrə Bakı çempionatı keçirilib.

İdman.Biz xəbər verir ki, yarış dairəvi stend (SKEET) və səngər stendi (TRAP) növləri üzrə təşkil olunub. U21 gənclər və böyüklər kateqoriyalarında mübarizə aparan idmançılar üç yarış günü ərzində ümumilikdə 125 hədəf üzrə bacarıqlarını nümayiş etdiriblər.

Dairəvi stendin U21 kateqoriyasında Abidin Əsədullayev birinci olub. Məhəmməd Teyublu ikinci, Murad Allahverdiyev üçüncü yeri tutub.

Böyüklər arasında SKEET yarışında Əli Mustafayev qızıl medal qazanıb. Abidin Əsədullayev ikinci, Məhəmməd Teyublu isə üçüncü olub.

TRAP növünün U21 yarışında Nərmin Cəfərova qalib gəlib. Osman Əliyev ikinci, Cəlal Məmmədov üçüncü nəticəni göstərib.

Böyüklər arasında səngər stendində Təvəkkül Seyidov birinci yeri tutub. Nərmin Cəfərova gümüş, Aydan Babayeva isə bürünc medal qazanıb.

Beləliklə, Nərmin Cəfərova U21-də çempion olmaqla yanaşı, böyüklər arasında da ikinci pillədə qərarlaşıb. Abidin Əsədullayev isə U21-də qızıl, böyüklər arasında gümüş medal əldə edib.

Yarışın sonunda qaliblər və mükafatçılar təltif olunublar.

İdman.Biz