“Bakı 2026 - Dünyanın İdman Paytaxtı” seçilməsi ilə əlaqədar keçirilən güllə atıcılığı üzrə Bakı şəhər açıq turnirinə yekun vurulub.
İdman.Biz xəbər verir ki, sentyabrın 1-dən 5-dək keçirilən turnirdə doqquz təşkilatı təmsil edən 101 idmançı müxtəlif növlər üzrə qüvvəsini sınayıb. Yarışda Özbəkistandan yeddi, Birləşmiş Ərəb Əmirliklərindən isə iki idmançı iştirak edib.
25 metr məsafəyə tapançadan atəş üzrə qadınların yarışında Zeynəb Sultanova birinci, Nigar Nəsirova ikinci, Nigina Saidkulova üçüncü yeri tutub.
Üç mövqedən atəş üzrə açıq yarışda isə Mukhtasar Tokhirova qalib olub. Javokhir Sokhibov ikinci, Ramiz Xəlilov üçüncü pillədə qərarlaşıb.
Pnevmatik tapança, pnevmatik tüfəng və qarışıq komanda yarışlarında da qaliblər müəyyənləşib. Azərbaycan idmançıları müxtəlif növlər üzrə medal və mükafatlar qazanıblar.
