Paragüllə atıcımız dünya çempionatında finala yüksəlib

12 Sentyabr 2026 10:28
73
Paragüllə atıcımız dünya çempionatında finala yüksəlib

Cənubi Koreyanın Çanqvon şəhərində keçirilən paragüllə atıcılığı üzrə dünya çempionatında Azərbaycan millisinin üzvü Kamran Zeynalov uğur qazanıb.

İdman.Biz xəbər verir ki, 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma (P1) üzrə mübarizə aparan Zeynalov 568 xal toplayaraq kişilər arasında finala yüksəlib.

Azərbaycan millisinin digər üzvü Aybəniz Babayeva da yarışda ölkəmizi təmsil edir. Atıcılarımız baş məşqçi Əfqan Əhmədovun rəhbərliyi altında çıxış edirlər.

Qeyd edək ki, Çanqvonda keçirilən dünya çempionatı sentyabrın 15-də başa çatacaq.

İdman.Biz