Bürünc medal qazanan atıcılarımız Vətənə qayıdıblar - FOTO

28 Sentyabr 2026 13:33
92
Bürünc medal qazanan atıcılarımız Vətənə qayıdıblar - FOTO

Serbiyanın Novi Sad şəhərində atıcılıq növü üzrə keçirilən 16-cı Avropa çempionatında uğurla çıxış edərək ölkəmizə bürünc medal qazandıran Azərbaycan idmançıları vətənə dönüblər.

İdman.Biz xəbər verir ki, ​Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançılarımızı ailə üzvləri, Deflimpiya Komitəsinin nümayəndələri qarşılayıblar.

​Qeyd edək ki, çempionat çərçivəsində 10 metr məsafəyə pnevmatik tapançadan atıcılıq yarışlarında doqquz ölkəni və bir neytral komandanı təmsil edən ümumilikdə 21 idmançı mübarizə aparıb.

Final mərhələsində iki idmançı ilə təmsil olunan Deflimpiya yığmamızın üzvlərindən Əli İskəndərli üçüncü, Nicat Əzimov isə beşinci pillədə qərarlaşıblar.

İdman.Biz