“Sərhədçi” Peşəkar Çövkən Liqasının çempionu olub - FOTO

7 Noyabr 2026 17:57
58
“Sərhədçi” Peşəkar Çövkən Liqasının çempionu olub - FOTO

“Sərhədçi” komandası Peşəkar Çövkən Liqasının qalibi olub.

İdman.Biz xəbər verir ki, sərhədçilər bu tur “Zəfər”i 1:0 hesabı ilə məğlub etməklə son oyunun nəticəsindən asılı olmayaraq ölkə çempionu adını qazanıblar.

Turun mərkəzi qarşılaşmasında “Elite” kollektivi “Polad”a 2:3 hesabı ilə məğlub olaraq çempionluq şansını itirib.

Çempionatın son turunda “Sərhədçi” ilə “Elite” üz-üzə gələcək. “Elite” qələbə qazana bilməsə, digər oyunda “Polad” “Şamaxı”nı məğlub edərsə halda “Polad” komandası gümüş medallara sahib çıxacaq.

İdman.Biz