Azərbaycan atıcısı Zeynəb Sultanova Polşanın Vrotslav şəhərində keçirilən U-23 Avropa Çempionatında uğurlu çıxışı ilə fərqlənərək qadınlar arasında 10 metr pnevmatik tapança yarışında final mərhələsinə vəsiqə qazanıb.
İdman.Biz-in məlumatına görə, təsnifat mərhələsində yüksək nəticə göstərən idmançımız finala yüksələrək medal uğrunda mübarizə aparmaq hüququ əldə edib.
Qeyd edək ki, U-23 Avropa Çempionatı 1–12 avqust tarixlərində Polşanın Vrotslav şəhərində keçirilir və qitənin ən güclü gənc atıcılarını bir araya gətirir.

