Ruslan Lunev növbəti dəfə qızıl medal qazanıb - YENİLƏNİB + FOTO

12 İyul 2026 18:32
813
Ruslan Lunev növbəti dəfə qızıl medal qazanıb - YENİLƏNİB + FOTO

Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunev Estoniyanın Männiku şəhərində keçirilən "Lapua" Avropa Kubokunda növbəti qızıl medalını qazanıb.

İdman.Biz xəbər verir ki, atıcımız bu dəfə 25 metr standart tapança yarışında 571 xal toplayaraq bütün rəqiblərini geridə qoyub.

Bununla da o, fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Qeyd edək ki, bundan əvvəl də Lunev 25 metr məsafəyə mərkəzdən atəş açma növündə 583 xal toplayaraq qızıl medal qazanıb.

10:57

Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunev növbəti beynəlxalq uğuruna imza atıb.

İdman.Biz xəbər verir ki, təmsilçimiz Estoniyanın Manniku şəhərində keçirilən “Lapua” Avropa Kubokunun qalibi olub.

Lunev 25 metr məsafəyə mərkəzdən atəş açma növündə 583 xal toplayıb. Bütün rəqiblərini qabaqlayan Azərbaycan atıcısı fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medal qazanıb.

İdman.Biz