Gənclər və İdman Nazirliyi və Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında stend atıcılığı üzrə yarış keçirilib.
İdman.Biz xəbər verir ki, Bakı Atıcılıq Mərkəzində təşkil olunan yarışda 12 dövlət qurumunu təmsil edən 28 iştirakçı mübarizə aparıb.
Yekun nəticələrə əsasən, qadınlar arasında Gənclər və İdman Nazirliyinin əməkdaşı İlahə Çələbiyeva birinci, Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Mələkxanım Məmmədova ikinci, Aynur Məmmədova isə üçüncü yeri tutublar.
Kişilər arasında SOCAR-ın nümayəndəsi Röyal Allahverdiyev qalib olub. FHN-in əməkdaşı Tural Həsənli ikinci, Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Əsəd Müftəliyev isə üçüncü yerə layiq görülüblər.
