Stend atıcılığı üzrə Azərbaycan Kubokunun qalibləri bəlli olub - FOTO

8 İyun 2026 11:55
104
Stend atıcılığı üzrə Azərbaycan Kubokunun qalibləri bəlli olub - FOTO

Azərbaycan Atıcılıq Federasiyası (AAF) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən stend atıcılığı üzrə ölkə kubokunun qalibləri müəyyənləşib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Atıcılıq Federasiyası məlumat yayıb.

Bildirilir ki, yarışda ölkənin müxtəlif bölgələrini təmsil edən idmançılar stend atıcılığının səngər və dairəvi stend növləri üzrə böyüklər və U-21 kateqoriyalarında qüvvələrini sınayıblar.

Ümumi kateqoriya
Səngər stendi

1. Ramil Rüstəmzadə

2. Mürtəza Novruzlu

3. Tamerlan Məmmədov

Dairəvi stend

1. Riqina Meftahətdinova

2. Niyaz Ağazadə

3. Fuad Qurbanov

U-21

Səngər stendi

1. Mürtəza Novruzlu

2. Cəlal Məmmədov

3. Nərmin Cəfərova

Dairəvi stend

1. Məhəmməd Teyublu

2. İslam Əjdərov

3. Aslan Qurbanov

Qeyd edək ki, Azərbaycan Kuboku Bakı Atıcılıq Mərkəzində təşkil olunub.

İdman.Biz