Güllə Atıcılığı üzrə ölkə çempionatı başa çatıb - FOTO

6 İyul 2026 11:29
114
Güllə Atıcılığı üzrə ölkə çempionatı başa çatıb - FOTO

Atıcılıq Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Bakı Atıcılıq Kompleksində keçirilən Güllə Atıcılığı üzrə ölkə çempionatı uğurla başa çatıb.

İdman.Biz xəbər verir ki, beş gün davam edən çempionatda ölkənin müxtəlif bölgələrini təmsil edən 102 idmançı tapança və tüfəng növləri üzrə fərdi və qarışıq komanda yarışlarında qüvvələrini sınayıb.

Yarış proqramı üzrə ümumilikdə 160 start qeydə alınıb.

Yarışlar ərzində iştirakçılar yüksək idman ustalığı, dəqiqlik və peşəkarlıq nümayiş etdirərək gərgin idman mübarizəsi aparıblar.

Çempionatın yekununda aşağıdakı proqramlar üzrə qaliblər müəyyənləşib:

Qadınlar arasında 25 metr məsafəyə tapançadan atəşaçma yarışı

I yer – Xanna Əliyeva

II yer – Zeynəb Sultanova

III yer – Nilufər Səmədli

Kişilər arasında 25 metr məsafəyə tapançadan atəşaçma yarışı

I yer – Ruslan Lunev

II yer – İmran Qarayev

III yer – Cəfər Sultanlı

50 metr məsafəyə tüfəngdən 3 mövqedə atəşaçma yarışı

I yer – Əliməmməd Hüseynov

II yer – Nigar Ramazanova

III yer – Ramiz Xəlilov

50 metr məsafəyə tapançadan atəşaçma yarışı

I yer – Rəsul Məmmədov

II yer – Həqiqət Atayeva

III yer – Hacı Musayev

10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışı — kişilər

I yer – Hacı Musayev

II yer – Ruslan Lunev

III yer – Oleq Kerjankin

10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışı — qadınlar

I yer – Sofiya Barxalova

II yer – Xanna Əliyeva

III yer – Nigar Nəsirova

10 metr məsafəyə pnevmatik tüfəngdən atəşaçma yarışı

I yer – Ramiz Xəlilov

II yer – Nuranə Əliyeva

III yer – Elvira Allahyarova

10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma üzrə qarışıq komanda yarışı

I yer – Hacı Musayev / Xanna Əliyeva

II yer – Oleq Kerjankin / Xalidə Əliyeva

III yer – Nigar Nəsirova / Ruslan Lunev

10 metr məsafəyə pnevmatik tüfəngdən atəşaçma üzrə qarışıq komanda yarışı

I yer – Ramiz Xəlilov / Jalə Bayramova

II yer – Zahid Sofiyev / Nigar Ramazanova

III yer – Əliməmməd Hüseynov / Elvina Əfsanə

Çempionat ərzində idmançılar yüksək hazırlıq səviyyəsi nümayiş etdirərək bütün proqramlar üzrə gərgin və maraqlı mübarizə aparıblar.

Yarışların sonunda qaliblər və mükafatçılar medal, diplom və kuboklarla təltif olunublar. Ölkə çempionatı həm milli komandanın heyətinin formalaşdırılması, həm də idmançıların qarşıdakı beynəlxalq yarışlara hazırlıq səviyyəsinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.

İdman.Biz