Bakıda təşkil olunan çövkən üzrə İkinci Dünya Çempionatında növbəti oyunlar baş tutub.
İdman.Biz xəbər verir ki, günün oyunlarında Polşa və Uruqvay milli komandaları ilk qələbələrini qazanıblar.
Türkiyə və Polşa yığmaları arasında keçirilən görüş Polşa çövkənçilərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün sonunda Nigeriya və Uruqvay milli komandaları üz-üzə gəliblər. Uruqvay seçməsi rəqibini 2:0 hesabı ilə məğlub edib.
Xatırladaq ki, günün ilk oyununda Azərbaycan millisi Özbəkistanı 4:2 hesabı ilə üstələyib. 7-13 iyun tarixlərində keçirilən turnirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Polşa, Nigeriya, Niger, Çili, Uruqvay və Küveyt komandaları mübarizə aparır.
19:19
Çövkən üzrə Azərbaycan milli komandası Bakıda keçirilən ikinci Dünya Çempionatında ilk oyununa çıxıb.
İdman.Biz xəbər verir ki, yığmamız turnirin start matçında Özbəkistan komandası ilə üz-üzə gəlib.
Gərgin mübarizə şəraitində keçən qarşılaşma Azərbaycan millisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticə ilə komandamız çempionata uğurlu start verib.
Azərbaycan yığması ilk oyundakı qələbə ilə qrup mərhələsində vacib üstünlük əldə edib.
Qeyd edək ki, çövkən üzrə ikinci Dünya Çempionatı 7-13 iyun tarixlərində Bakıda keçirilir. Turnirdə Azərbaycanla yanaşı, Özbəkistan, Qazaxıstan, Çili, Küveyt, Nigeriya, Uruqvay, Türkiyə, Niger və Polşa komandaları iştirak edirlər.
