Peşəkar Çövkən Liqasında səkkizinci tura yekun vurulub - FOTO

28 İyun 2026 11:55
92
Peşəkar Çövkən Liqasında səkkizinci tura yekun vurulub - FOTO

Peşəkar Çövkən Liqasında səkkizinci turun növbəti oyunları keçirilib.

İdman.Biz xəbər verir ki, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində turun qarşılaşmaları baş tutub.

İlk oyun günündə “Şamaxı” komandası “Atilla” üzərində 6:0 hesablı inamlı qələbə qazanıb. Günün ikinci görüşündə isə “Elite” “Poladı” 2:1 hesabı ilə məğlub edərək aktivinə növbəti üç xalı yazdırıb.

“Omar” “Xəzərə” 5:0 hesabı ilə qalib gəlib. Ardınca “Sərhədçi” və “Zəfər” komandaları üz-üzə gəliblər. Gərgin və prinsipial mübarizə şəraitində keçən matç “Sərhədçi”nin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun son görüşündə “Buta Golden” və “Embawood” komandaları qarşılaşıblar. Dinamik oyun “Buta Golden”in 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 10 komandanın iştirak etdiyi Peşəkar Çövkən Liqasında doqquzuncu turun oyunlarının 3-4 iyulda keçirilməsi nəzərdə tutulur.

İdman.Biz