Azərbaycanda Peşəkar Çövkən Liqasının ikinci dövrəsinin ikinci turunun oyunları keçirilib.
İdman.Biz xəbər verir ki, Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində baş tutan turun ilk günündə “Embawood” çövkən komandası “Şamaxı”nı 2:0 hesabı ilə məğlub edib. “Buta Golden” - “Zəfər” qarşılaşması isə 1:1 hesabı ilə yekunlaşıb.
25 iyulda “Sərhədçi” komandası “Omar” üzərində 6:0 hesablı qələbə qazanıb. Günün digər görüşündə “Elit” “Xəzər”i 3:0 hesabı ilə məğlub edib.
“Polad” və “Atilla” komandaları arasında keçirilməsi nəzərdə tutulan görüş baş tutmayıb. “Atilla” oyuna çıxmadığı üçün “Polad”a 6:0 hesablı texniki qələbə verilib.
10 komandanın mübarizə apardığı Peşəkar Çövkən Liqasının ikinci dövrəsinin üçüncü turunun oyunları 11-12 sentyabrda keçiriləcək.
