Binədə Dilbaz atlarının cıdır yarışı keçirilib - FOTO

21 İyun 2026 17:57
95
Binədə Dilbaz atlarının cıdır yarışı keçirilib - FOTO

Binə Atçılıq Mərkəzində cıdır mövsümünün növbəti yarışı keçirilib.

İdman.Biz Atçılıq Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda yerli atçılıq ictimaiyyətinin nümayəndələri və atsevərlər iştirak ediblər.

Yarışda ümumilikdə altı Dilbaz atı mübarizə aparıb. Üç yaşlı Dilbaz atları arasında keçirilən qaçışda Rauf Tahirov “Zilaxar” ləqəbli atla qalib adını qazanıb.

Hilal Nəzərov “Mərmər 2” ləqəbli atla ikinci, Sadiq Azayev isə “Şans” ləqəbli atla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, cıdır mövsümünün növbəti yarışlarının 4 iyul 2026-cı ildə keçirilməsi planlaşdırılır.

İdman.Biz