“Ən böyük arzum Paralimpiya çempionu olmaqdır”.
İdman.Biz xəbər verir ki, bu sözləri güllə atıcılığı üzrə dünya və Avropa çempionu azərbaycanlı paralimpiaçı Kamran Zeynalov Milli Paralimpiya Komitəsinə açıqlamasında deyib.
O bildirib ki, 2008-ci ildə Milli Paralimpiya İdman Kompleksində məşqlərə başlayıb və artıq 17 ildir idmanla məşğuldur:
“Sumqayıt şəhərində yaşayıram və uzun illərdir idmanla məşğulam. Çətinliklər olsa da, qarşımda qoyduğum məqsədə çatmaq üçün bunun keçilməz bir maneə olmadığını düşünmüşəm”.
Zeynalov qazandığı uğurlardan da danışıb:
“Bu gün həmin çətinlikləri aşaraq dünya və Avropa çempionu olmuşam”.
İdmançı eyni zamanda digər fəaliyyətlərini də qeyd edib:
“Rəqs fəaliyyəti ilə də məşğulam, həmçinin paravelosiped idmanı ilə maraqlanıram. Hazırda Pedaqoji Universitetin tələbəsiyəm”.
Onun sözlərinə görə, əsas hədəfi Paralimpiya çempionluğudur:
Kamran Zeynalov fiziki məhdudiyyəti olan və olmayan gənclərə də çağırış edib:
“Fiziki məhdudiyyət evdə qalmaq demək deyil. Hər kəs özünə uyğun sahədə inkişaf edə bilər. Həyat bizə bir dəfə verilir, onu dəyərli yaşamaq lazımdır. Həyatınızı istəsəniz ağ-qara, istəsəniz rəngli edə bilərsiniz - rəngli həyat daha gözəldir”.
