Azərbaycanın paralimpiya üzgüçülərinin bir günlük məşq prosesindən FOTOREPORTAJ

10 Avqust 2026 16:55
149
Azərbaycanın paralimpiya üzgüçülərinin bir günlük məşq prosesindən FOTOREPORTAJ

Azərbaycan paraüzgüçüləri Yay Paralimpiya Oyunlarında indiyədək ölkəmizə ümumilikdə beş qızıl və yeddi gümüş medal qazandırıblar.

Son illər Azərbaycanda paraüzgüçülüyün inkişafı və bu idman növünün daha geniş yayılması istiqamətində mühüm işlər görülür.

Azərbaycan paraüzgüçüləri Yay Paralimpiya Oyunlarında indiyədək ölkəmizə ümumilikdə beş qızıl və yeddi gümüş medal qazandırıblar.

Bu sahədə keçirilən ilk ölkə çempionatı paraüzgüçülüyün kütləviliyinin artırılması, yeni istedadların üzə çıxarılması və gənc idmançıların peşəkar hazırlığının gücləndirilməsi baxımından əlamətdar hadisə olub.

Çempionatda iştirak edən paraüzgüçülər arasında Zəhra Astanzadə, Aydan Göyüyeva və İsaq Həsənli də diqqət çəkən idmançılar sırasındadır.

Yeniyetmə paraüzgüçülər Əli Vəliyev və Murad Məmmədov da perspektivli idmançılar kimi fərqlənirlər. Hər iki gənc artıq beynəlxalq yarışlarda Azərbaycanı təmsil edib və gələcəkdə ölkəmizi paraüzgüçülük üzrə beynəlxalq arenada layiqincə təmsil edə biləcək potensiala malik olduqlarını nümayiş etdiriblər.

Photostock.az paraüzgüçülərin bir günlük məşq prosesini lentə alıb.

Həmin fotoları təqdim edirik:

İdman.Biz