Ölkə Kuboku start götürür: Atıcılar Bakıda yarışacaq

31 May 2026 10:05
74
Ölkə Kuboku start götürür: Atıcılar Bakıda yarışacaq

Stend atıcılığı üzrə Ölkə Kuboku 2026 Bakıda təşkil olunacaq.

İdman.Biz Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, turnir 2-6 iyun tarixlərində Bakı Atıcılıq Mərkəzində keçiriləcək.

Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə baş tutacaq yarışda ölkənin ən sərrast idmançıları hədəf qarşısına çıxacaqlar. Atıcılar böyüklər və U-21 gənclər kateqoriyaları üzrə qüvvələrini sınayacaqlar.

Kubokda stend atıcılığının dairəvi və səngər növləri üzrə qaliblər müəyyənləşəcək. Final mərhələlərinin ISSF-in yenilənən beynəlxalq qaydaları əsasında idarə olunacağı bildirilir.

İdman.Biz