Azərbaycan atıcıları Avropa Çempionatında yenə medal qazanıblar - FOTO

11 May 2026 21:10
111
Azərbaycan atıcıları Avropa Çempionatında yenə medal qazanıblar

Azərbaycan atıcılıq millisi beynəlxalq arenada növbəti uğuruna imza atıb.

İdman.Biz bildirir ki, Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa Çempionatında qadınlardan ibarət komandamız 25 metr standart tapança yarışında bürünc medal qazanaraq ölkəmizi növbəti dəfə fəxrlə təmsil edib.

Komandanın heyətində yer alan Nigar Nəsirova, Zeynəb Sultanova və Xana Əliyeva yarış ərzində yüksək dəqiqlik, peşəkarlıq və əzmkarlıq nümayiş etdirərək fəxri kürsüyə yüksəliblər.

Daha əvvəl Azərbaycanın güllə atıcılığı millisinin üzvləri Ruslan Lunev və Zeynəb Sultanova Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanıblar.

İdman.Biz