Stend atıcılığı üzrə Federasiya Kuboku start götürür

1 Aprel 2026 23:11
266
Stend atıcılığı üzrə Federasiya Kuboku start götürür

Bu gün stend atıcılığı üzrə Federasiya Kuboku 2026 start götürür.

İdman.Biz xəbər verir ki, yarışlar səngər stend (Trap) və dairəvi stend (Skeet) növləri üzrə Bakı Atıcılıq Mərkəzində keçirilir.

Turnir çərçivəsində idmançılar kubok uğrunda öz dəqiqlik və bacarıqlarını nümayiş etdirirlər.

Qeyd edək ki, nəticələr qüvvədə olan yeni ISSF qaydalarına əsasən müəyyən ediləcək.

İdman.Biz