Azərbaycanın güllə atıcılığı millisinin üzvləri Ruslan Lunev və Zeynəb Sultanova Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanıblar.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Atıcılıq Federasiyası məlumat yayıb.

Təmsilçilərimiz 25 metr məsafəyə atəş üzrə duet (qarışıq komanda) yarışında uğurla çıxış edərək gümüş medalı aktivlərinə yazdırıblar.
